Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
FRANSA QƏZETİ “QARABAĞ” FUTBOL KLUBUNU ERMƏNİSTAN KLUBU KİMİ TƏQDİM EDİB

0



  •            Yaşadığımız dövr inernet dövrüdür. İstər xarici istərsə də yerli saytlarda  Azərbaycanımız  haqqında yazılmış hər mövzuya diqqət yetirməli, orada yazılmış yanlış məlumatları dəyişdirməyə çalşmalıyıq. Heç şübhəniz olmasın ki, düşmən hər tədbiri görmüşdür. Xocalı faciəsini saxtalaşdıran, Azərbaycan dilində hazırlanmış erməni saytları çoxdur. İlk baxışdan bu saytların yerli saytlarla fərqi bilinmir. (Bu barədə növbəti saylarmızda daha ətraflı yazımız olacaq). Bəzən bir mövzunu axıra qədər oxumadan, mövzunun əsl mahiyyətini anlamadan  ondan istifadə edən yaxud onu paylaşan insanlar olur. Nəticədə bilmədən düşmənin dəyirmanına su tökmüş oluruq. Buna görə həmişə diqqətli olmalıyıq. Təəssüf ki, yerli  saytlarda da bir çox səhvlər aşkar olunur. Məsələn, bəzi işğal olunmuş ərazilər  haqqındakı şəkillərdə  Xankəndini qeyd etmirlər. Məncə bu ən böyük səhvlərdən biridir.                  Fransanın tanınmış qəzetlərindən birində “Qarabağ” klubu ilə bağlı verilmiş yanlış məlumata görə qaldırılmış məsələ də öz həllini tapıb.


               Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, səfirlik tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Couhaudun qarşısında qaldırılıb: “Qəzetin Baş redaktoru Fabrice Couhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib və səhvin aradan götürüldüyünü bildirib.”

    Bildirək ki, Fransanın “lequipe.fr” saytı Azərbaycanın “Qarabağ” klubunun Avropa Liqasında qrupdan çıxmaq şanslarını təhlil edən yazıda klub Ermənistan klubu kimi təqdim edib.




               Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.

              Çox böyük ehtimal var ki, bu məsələdə də erməni xisləti  vardır. Belə hallar ilk deyil və bundan sonra da olacaqdır. Erməni xislətinə və təxribatına qarşı hamımız gözü açıq olmalıyıq.

                                                                                                          Qalib BƏYMMƏMMƏDOĞLU,
                                                                                                            Bölgə muxbiri
                                                                                                                                     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib44 dəfə
    FRANSA QƏZETİ “QARABAĞ” FUTBOL KLUBUNU ERMƏNİSTAN KLUBU KİMİ TƏQDİM EDİB

    Maraqlı gələ bilər
    53